backend

Niyə yeni ombudsman seçilmir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti  2017-ci ilin mart ayının 5-də başa çatıb.  

Azərbaycanın İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanovanın səlahiyyət müddəti  2017-ci ilin mart ayının 5-də başa çatıb. 

Lakin yeni ombudsman seçilmədiyindən Elmira Süleymanova fəaliyyətini davam etdirir.

Bəs yeni ombudsman niyə seçilmir?

 

Modern.az saytı mövzu ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadəyə müraciət edib.

 

O, saytımıza açıqlamasında bildirib ki, bu məsələ prezidentin səlahiyyətindədir.

 

“Ombudsmanın seçilməsi bizə aid olan məsələ deyil. Yəqin ki, yaxın vaxtlarda cənab prezident səlahiyyətlərindən istifadə edərək kiminsə namizədliyini təqdim edəcək. Bu səlahiyyətlər dövlət başçısına aid olduğu üçün hər hansı namizəd yaxud məsələ haqqında fikir yürütməyimiz doğru olmaz. Ümid edirik ki, yaxın vaxtlarda məsələ qanunauyğun şəkildə öz həllini tapacaq”.