Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Sabirabad rayonunda intihar hadisəsi baş verib.
Hadisə Rüstəmli kəndində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış şəhərcikdə qeydə alınıb.
Zəngilan rayon sakini, 1988-ci il təvəllüdlü Məmmədov Asif Qubad oğlu çardaqdan özünü asaraq intihar edib.
İntiharla bağlı dəhşətli detallar ortaya çıxıb.
Lent.az-ın əldə etdiyi məlumata görə, Rüstəmli kəndində Zəngilan rayonundan olan məcburi köçkünlər üçün salınmış ərazidə yaşayan 1988-ci il təvəllüdlü Asim Məmmədov Şirvan şəhər sakini bir qızla nişanlı olub.
Nişanlısı tez-tez onların yaşadığı evə gedib gəlirmiş. Qız evdəkilərə zarafatla Asifin onu qaçırdığını deyib. Bundan sonra ailələr arasında problemlər yaranıb. Problemlər böyüdükdən sonra isə oğlan qız ilə evlənməkdən imtina edib və nişan qaytarılıb. Bundan sonra qız tərəfin ailəsi baş verənlərə kəskin etiraz edib. Hətta oğlandan polisə şikayət ediblər ki, qızımızı qaçırıb.
Dünən isə Asim Məmmədov polis idarəsində olub və ifadəsi alınıb. Daha sonra o, evə gələrək ailəsinə qorxduğunu, qız tərəfinin onu tutdurmaq istədiyini bildirib. Gecə qardaşı ilə söhbət edən zaman ölmək istədiyini, həmin qızla evlənmək istəmədiyini deyib.
Bu gün səhər saatlarında evdə olan qardaşı arvadı qapının ağzında Asim Məmmədovun kəndiri ilə özünü asdığını görüb.
Hazırda faktla bağlı araşdırma aparılır.