Nil çayı ilə zarafat elədi, 6 aylıq həbs cəzası aldı

Nil çayı ilə zarafat elədi, 6 aylıq həbs cəzası aldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misirin tanınmış müğənnisi Şirinə Əbdülvahab Nil çayı ilə bağlı zarafatına görə 6 aylıq həbsə məhkum edilib.

TİA.AZ  axşam.az-a istinadən bildirir ki, “O səs” müsabiqəsinin ərəb versiyasında münsif olan ifaçı konsertində fanatlarından birinin “Nildən su içdinizmi” mahnısını oxumasına münasibət bildirərkən bunları deyib:

“Nildən su içmək məni parazitə yoluxdurur”.

 Bu sözlər ölkədə səs-küyə səbəb olmuş və ifaçı yalan xəbər yayaraq ölkənin əsas çayının təmizliyinə xələl gətirməsi iddiası ilə məhkəməyə verilmişdi. Şirinə bütün Misir xalqından üzr istəsə də, 10 min Misir paundu ödədikdən sonra azadlığa buraxılıb.