Nikotini bədəndən çıxaran yeganə qidalar bunlardır

Nikotini bədəndən çıxaran yeganə qidalar bunlardır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sağlamlığa və xüsusilə ağciyər sağlamlığına zərər verən ən pis vərdişlərdən biri də siqaretdir. Siqaret çəkməyin sağlamlığa zərərləri hər kəsə məlumdur, lakin hələ də bu pis vərdişdən əl çəkməkdə çətinlik çəkən bir çox insan var.

Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, sağlam ağciyərlərə sahib olmaq və onları təmizləmək üçün istehlak etməli olduğunuz bəzi qidalar var.

Gündəlik həyatımızda etdiyimiz dəyişikliklərdən başlayaraq ekoloji tarazlığı pozan, havanın çirklənməsinə və iqlim dəyişikliyinə səbəb olan hər şeyə qarşı ekoloji şüurlu olmaq, ağciyər sağlamlığınızı qorumağınıza kömək edəcək ilk addımlardan biri ola bilər.

Vəzəri

Vəzəri (Lepidium sativum) sağlam bir bitki kimi tanınır və tez-tez ağciyər sağlamlığı üçün faydalı xüsusiyyətləri ilə seçilir. Tərkibindəki kükürd komponentləri ağciyərlərdə yığılmış toksinləri çıxarmağa kömək edə bilər.

Bu xüsusiyyət xüsusilə siqaret çəkənlər və ya havanın çirklənməsinə məruz qalanlar üçün faydalı ola bilər. Bəlğəm yumşaldıcı təsiri ilə tanınır. Xüsusilə yuxarı tənəffüs yollarında və ağciyərlərdə tıxanmaların aradan qaldırılmasına kömək edə bilər.

Zeytun yağı

Güclü antioksidant və iltihab əleyhinə təsir göstərən E vitamini və polifenollarla zəngindir. Astmaya qarşı qoruyucu təsiri və xüsusilə KOAH olan şəxslərdə hücumların tezliyini azaltmağa təsiri tədqiqatlarda göstərilmişdir.

Çuğundur

Sübut edilmişdir ki, çuğundur istehlakı KOAH və ağciyər hipertenziyası olan xəstələrdə fiziki hazırlığı və ağciyər funksiyasını yaxşılaşdırır. Çuğundur həm də ağciyər sağlamlığı üçün vacib olan maqnezium, kalium, C vitamini və karotenoid antioksidantlarla zəngindir. Buna görə də, pəhriz siyahısına çuğundur əlavə edə və ağciyər sağlamlığınızı dəstəkləməyə kömək edə bilərsiniz.

QIRMIZI ŞİRİN BİBER

Qırmızı şirin bibər C vitamini ilə zəngin qidalar arasındadır. Xüsusilə siqaret çəkənlər bu ən əhəmiyyətli antioksidandan çox istifadə etməlidirlər.

Tədqiqatlar göstərir ki, yüksək dozada C vitamini qəbul edənlər daha az miqdarda C vitamini qəbul edənlərə nisbətən daha yaxşı ağciyər funksiyasına malikdir. Bu səbəbdən mütəxəssislər tez-tez qırmızı şirin bibər istehlakını xüsusilə siqaret çəkənlərə tövsiyə edirlər.

Sarıkök

Zerdeçal çox güclü antioksidant və antiinflamatuar təsirləri sayəsində bədənin ümumi sağlamlığını qorumağa kömək edir.

Siqaret çəkənlər arasında aparılan bir araşdırmada, pəhrizlərində yüksək miqdarda curcumin qəbul edənlər, heç istifadə etməyənlərlə müqayisə edildi və curcumin qəbul edənlərin ağciyər funksiyalarının təxminən 10% daha yaxşı olduğu göstərildi.

 

Dəniz