‘Nikosayağı’nın törətdiyi qəza zamanı TIR niyə yolun ortası ilə gedirmiş? – YENİ DETALLAR – VİDEO

‘Nikosayağı’nın törətdiyi qəza zamanı TIR niyə yolun ortası ilə gedirmiş? – YENİ DETALLAR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış bloger Nicat Şakirlinin törətdiyi qəzadan sonra əsas müzakirə mövzularından biri avtomobilin çırpıldığı TIR-ın niyə ikinci zolaqla hərəkət etməsi ilə bağlıdır.

Tribunainfo.az xəbər verir ki, sosial şəbəkələrdə bu məqamı izah edən video yayılıb.

Qəza Heydər Əliyev prospektindəki körpüyə yaxın yerdə baş verib. TIR-ın da ikinci zolağa çıxmasının və yavaş-yavaş hərəkət etməsinin səbəbi körpünün üst hissəsinin əyri olmasıdır. Yəni TIR körpüyə çatdığı vaxt birinci zolaqla hərəkət edərdisə, o zaman körpünün üstünə ilişə bilərdi. Ona görə də TIR ikinci zolaqla hərəkət edib.

Ətraflı videodan izləyə bilərsiniz: