Sosial şəbəkələrdə “Nikosayağı” adı ilə məşhur olan bloger Nicat Şakirlinin törətdiyi və bir qolunun amputasiya olunması, dostunun dünyasını dəyişməsi ilə nəticələnən ağır avtoqəzanın görüntülərini yol-nəqliyyat ekspertləri dəyərləndirib.
Tribunainfo.az yazır ki, ekspert Elməddin Muradlının fikrincə, qəzaya əsas səbəb yüksək sürət və sərt menevrdir:
“Dəhşətli hadisədir. Ancaq görüntülərdən məlum olur ki, günah Nicatın özündədir. Videoya baxdım. Yüksək sürət və sərt manevr bu qəzada əsas səbəbdir. Tanınmış adamlar da qəzaya düşür, ölür, yaralanır, qolunu, sağlamlığını itirir. Tanınmışların çoxu qayda pozur, “polislər sağolsun, saxlayanda hörmət edirlər” deyirlər. Bunun nəticəsi sonra ağır olur”.