NİKOLUN “ZƏNCİ ARZULARI” – RUSİYA BİR GÜN YUXUDAN OYANANDA…

NİKOLUN “ZƏNCİ ARZULARI” – RUSİYA BİR GÜN YUXUDAN OYANANDA…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Erməni baş nazir Nikol Paşinyan ötən həftənin sonu İtaliya mətbuatına verdiyi müsahibədə arzularını dilə gətirdi. Sitat: “Bir gün biz yuxudan oyanıb görəcəyik ki, Rusiya burada yoxdur”.
Nikol həqiqətən də böyük intizarla o günü gözləyir – bir gün yuxudan oyananda ruslar olmasın: nə sərhəddə, nə Gümrüdə, nə Erebunidə…Ermənistan da getmək istəyir – KTMT, Avrasiya İqtisadi Birliyi kimi rus təşkilatlarından. Bu yuxu kimidir. Bütün dəmiryolları, iqtisadiyyat, sərhədlər Rusiyanın nəzarətindədir. Nikol boşalan yerə fransızların gəlməsini xəyal edir. Son demarş kimi addımları da bunu səciyyələndirir. İrəvan Kremldən üz çevirib yeni ağa tapıb. Bu ermənilərin vərdiş etdiyi xəyanətdir; hər əsrdə bir qucaq tapmaq. Osmanlıda “sadiqi milliyə” adlanan ermənilər türkləri satdılar. Sonra rusları seçdilər. Azı iki əsr rusun vassalı kimi xeyir gördülər. İndisə onları avropalılara dəyişirlər. Və Paşinyan deyir ki, yuxudan oyanıb rusun olmadığını görəcəyik. Yəni Rusiya Cənubi Qafqazdan çıxmalıdır. Əlbəttə, rus imperiyasının varisi olan indiki Rusiyanın nəinki Qafqaz, bütün postsovet məkanından getməsi hər kəsin nicatıdır. Lakin əvvəla uzaq reallıqdır, ikincisi də onların yerinə Qafqaza fransız gələcəksə, heç olmasın, ən pisdən daha yaxşı pis olan rusun bölgədə təsirinin qalması əlverişlidir. Tribunainfo.az bildirir ki, əslində Paşinyan “zəncinin arzularını” dilə gətirib. Rusiya Ukrayna cəbhəsində nə qədər zəifləsə belə, Cənubi Qafqaza, Ermənistana təsirlərini saxlayacaq. Eyni zamanda, regionda Türkiyə güclənir. Moskva isə bölgədə Ankara ilə birgə addımlayır. Bu halda iki mərkəz Fransanı, Qərbi bura daşıyan Ermənistana imkan vermirlər. Paşinyan müəyyən qədər istəklərinə çatır: Avropa İttifaqının mülki missiyası sərhəddədir, Fransa regiona siyasi cəhətdən yerləşir, Kanada belə atlı polis dəstələrini göndərir və Qərb Ermənistanı Rusiyanın caynağından qoparmaq üçün əməlli-başlı çırmanıb. Amma Paşinyanla bunu hara qədər davam etdirə biləcəklər, maraqlıdır. Nikol Zelenski və Saakaşvili taleyi yaşamaq riskini də nəzərə almalıdır.