NİKOL TUTDUĞUNU BURAXMIR – KAPİTULYANTIN PLANI BİLİNDİ

NİKOL TUTDUĞUNU BURAXMIR – KAPİTULYANTIN PLANI BİLİNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nikol Paşinyan bəlkə də ən yaxşı erməni siyasətçidir ki, əməlləri sonda onu rüsvayçı təslimçiliyə sürükləyir. Çünki hakimiyyətə gələndən etdiyi səhvlər ona və ölkəsinə itkidən başqa heç nə qazandırmayıb. Nikol “Qarabağ Ermənistandır nöqtə” bəyanatından gəlib çıxdığı nöqtə “Qarabağ Azərbaycan” olub. Onun dəstəklədiyi separatçılar rəzil vəziyyətdədir və Bakıda həbsdə “çay içir”. Nikolun “artsax” dediyi mif də gorbagor olub. Kapitulyant baş nazir hər addımında biabırçı məğlubiyyətlə üzləşib. Tribunainfo.az-ın xəbərinə görə, indi də Ermənistan hökumətinin başçısı Zəngəzur dəhlizi mövzusunda tutduğunu buraxmır. Avropa Parlamentində çıxışı zamanı da gah bizi hücumda ittiham etdi, guya onların ərazisi işğal edilib, gah “Rusiya bizi tək buraxdı” deyərək KTMT ünvanına ittihamlar səsləndirdi. Amma onu da əlavə etdi ki, ilin sonuna qədər sülh sənədi imzalamağa hazırdır, Mehri yolundan dəmiryol xəttinin bərpasını da dəstəkləyir. Görünən budur ki, kapitulyant hər iki məsələdə əvvəl-axır Azərbaycan deyənlə razılaşacaq. Sadəcə, yenə öz bildiyini davam etdirir. Onsuz da final bəllidir, Nikol da yaxşı dərk edir, intəhası, xalqına nağıllar uydurur, ictimai rəyi qarşıdakı dövrə hazırlayır. Yəni erməni cəmiyyətini immunitetsiz hala gətirir ki, sabah imzalayacağı sənədi xalq təslimçilik aktı yox, ölkənin inkişafına doğru atılan praqmatik addım olaraq dəyərləndirsin. Bir sözlə, Paşinyan növbəti kapitulyasiyaya hazırlaşır, əslində isə bu tarixi sülh müqaviləsi olacaq.