backend

Nikki Haley: “İranı Suriyadan çıxartmaq lazımdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İran və onun dəstəklədiyi şiə milisləri Suriyadan çıxarılmalıdır”. 

“İran və onun dəstəklədiyi şiə milisləri Suriyadan çıxarılmalıdır”.


TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Haley Cenevrədə keçirilən Suriya probleminin həlli üzrə toplantının nəticələri barədə çıxış edərkən bildirib.

Diplomat deyib ki, İran Suriyada problemin həllinə əngəl yaradır. ABŞ-ın Suriyada problemin dinc yolla həllini və BMT-nin bu istiqamətdəki səylərini dəstəklədiyini vurğulayan Nikki Haley qeyd edib ki, bu proses davam etdirilməlidir:

“Siyasi həll yolları tapmaq üçün danışıqlar davam etdirilməlidir. Artıq Suriya terrorçuların sığındığı liman olmamalıdır. Bunun üçün də İranı Suriyadan çıxartmaq lazımdır. Müttəfiqlərimizin sərhədlərinin təhlükəsizliyini də qorumalıyıq”.