Nikahların sayında azalma, boşanmaların sayında artma müşahidə olunur

Nikahların sayında azalma, boşanmaların sayında artma müşahidə olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2022‑ci illə müqayisədə 2023‑cü ildə nikahların sayında 7739 azalma, boşanmaların sayında 5705 artma müşahidə olunur.

Tribunainfo.az-ın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Qeyd edilib ki, 2023‑cü il ərzində mediasiya təşkilatlarına ümumilikdə 43639 müraciət daxil olub. Daxil olan müraciətlərdən 35863 müraciət ailə mübahisələri üzrə qeydiyyata alınıb. Ailə mübahisələri üzrə daxil olan 35863 işdən əsassız iddiaların və ilkin mediasiya sessiyalarında iştirak etdikdən sonra məhkəməyə müraciət etmək fikrindən imtina edən müraciətlər üzrə xitam verilən müraciətlərin sayı 6297 təşkil edib. Mediasiya Şurasının 2023‑cü il üzrə barışıq sazişi ilə nəticələnən işlərin ümumi faiz nisbəti 51.4% olub. Barışıq sazişlərinin mübahisənin növü üzrə təsnifatında isə ailə mübahisələri üzrə 2472 barışıq sazişi imzalanıb.

Mediasiya təşkilatlarına daxil olmuş ailə mübahisələri üzrə mediasiya müraciətlərinin 34%‐i nikahın pozulması, 24%‐i alimentin müəyyən edilməsi, 14%‐i zinyət və cehiz əşyalarının qaytarılması, 13%‐i uşağın ölkə xaricinə çıxarılması, 11%‐i uşaqla ünsiyyət tələbi, 4%‐i isə digər məsələlər üzrə olub.

2023‐cü ildə Mediasiya Şurasının Çağrı Mərkəzinə 1291 vətəndaş müraciəti daxil olub ki, onların 1161‐i ailə mübahisələri ilə bağlı olub.