Nigerdə general özünü prezident elan etdi

Nigerdə general özünü prezident elan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niger Respublikasında baş verən çevrilişdən sonra prezident qvardiyasının rəhbəri general Əbdürəhman Tiani özünü ölkənin yeni lideri adlandırıb.

Tribunainfo.az xarici KİV-ə istinadən xəbər verir ki, general cümə günü dövlət televiziyasında çıxış edərkən titrlərdə onun prezident olduğu göstərilib.

Tiani ölkədə geniş yayılmış korrupsiyanı, zəif idarəçilik və təhlükəsizlik problemlərini pisləyib.

O bildirib ki, Niger beynəlxalq tərəfdaşlığa hörmətlə yanaşacaq.

Xatırladaq ki, iyulun 27-də Niger hərbçiləri Prezident Məhəmməd Bazumun vəzifəsindən kənarlaşdırıldığını və respublika sərhədlərinin bağlandığını elan edib. Qiyamçılar tərəfindən devrilən M. Bazum xalqın onun prezidentliyinin nailiyyətlərini qoruya biləcəyinə ümid etdiyini bildirib.