Uzun zamandır leykozdan (qan xərçəngi) əziyyət çəkən tanınmış jurnalist Nigar İsmayılqızı vəfat edib.
Bu haqda jurnalistin bacısı Aytən İsmayılova məlumat verib.Xatırladaq ki, N.İsmayılqızı sentyabrın 3-də Türkiyənin Hacəttəpə xəstəxanasına yerləşdirilmişdi.
Prezident təqaüdçüsü və Yazıçılar Birliyinin üzvü olan xanım jurnalist 34 yaşında idi.
Allah rəhmət eləsin!