“Nigar Fərhad kimi qaynananız olmayacaq” – reaksiya

“Nigar Fərhad kimi qaynananız olmayacaq” – reaksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şəhidlərin ruhu sənə qənim olsun!”.

“Kanal-S”in efirində aparıcı Nigar Fərhadın “mən oğluma atasız qız almaram” fikirləri birmənalı qarşılanmadı. Haqlı narazılıq yaradan bu fikirləri aparıcı sonradan təkzib etsə də, kanal rəhbərliyi aparıcı ilə bağlı tədbir görüləcəyini bildirdi.

Tribunainfo.az xəbər verir ki, N.Fərhadın fikirləri sosial şəbəkələrdə də edilib. Jurnalist Aynur Qurbanqızı bildirib ki, N.Fərhad indi bütün saytlar onun haqqında yazdığı üçün sevinir:

“Adım kimi əminəm ki, bu kişini yıxar yerə, çıxar belinə at kimi çapar! Amma artiscəsinə kütləyə oynayır və “qadın kişiyə tabe olmalıdır və atasız qızlarla da evlənməyin, çünki onlar kişi görməyiblər, tabeçelik nə olduğunu bilmirlər”.

Mən hər şeydən əlimi üzmüşəm, bu yenə bu cahilliyi ilə efirlərdə olacaq, bu dəqiqə hər yerdə reklamı getdiyinə görə sevinir. Susmayın, qınayın, yazın, paylaşın, qınayanlara dəstək olun daha çox yayılsın. Kütləvi qınaqdan bəlkə çəkinib bu cür səviyyəsiz fikirləri ictimai yerdə müzakirə etməzlər! İndi də malalayır ki, bəs belə deməmişəm. Utanmasa deyər ki, danışan da mən deyiləm.

Atasız qız mövzusu ümumiyyətlə müzakirəsini heç açmaq istəmədiyim və müdafiəsi lazım olmayan bir məsələdir mənim üçün. Buna görə heç bir izah vermədən sadəcə deyirəm:

“Şəhidlərin ruhu sənə qənim olsun!”.

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadədə N.Fərhadı fikirlərinə görə tənqid edib:

“Atasız qızlar! Sizi təbrik edirəm!!! Bəxtiniz atasızlıqdan gətirməsə də, Nigar kimi qaynananızın olmayacağından gətirdi!!! Bəzən efirlərə təşəkkür etmək lazımdır. Dümbələkləri cəmiyyətə tanıdır”.

Nigar İxtyarqızı