Nigar Camal polisləri biabır etdi: “Çox qudurublar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanlı müğənni Nigar Camal Dövlət Yol Polisinin əməkdaşlarından şikayətçidir. 
Azərbaycanlı müğənni Nigar Camal Dövlət Yol Polisinin əməkdaşlarından şikayətçidir

TİA.AZ-ın məlumatına görə, 56-cı “eurovision” Mahnı Müsabiqəsinin qalibi bu barədə sosial şəbəkədə yazıb.

37 yaşlı müğənni DYP əməkdaşlarından narazılığını belə ifadə edib:

“DYP – axır zamanlar çox qudurublar!. Daha susmaq istəmirəm. İdeal olmasa da, mən həmişə qaydalara əməl etməyə çalışıram. Qaydanı da pozanda deyirəm ki, cəriməmi yazın. Sənədlərim də həmişə qaydasında olur. Amma bütün bunlara bizim DYP əhəmiyyət vermir. Onlar yollarda təhlükəsizliyi təmin etmək əvəzinə, özləri qaydaları pozurlar. Düz getdiyin yolda səni səbəbsiz yerə saxlayırlar. Xüsusilə axşam saatlarında ümumiyyətlə, maşın sürmək mümkün deyil. Yolda “inomarka” görən kimi arxasınca sürüb, saxlatdırırlar. İlk olaraq, kobud tonda kəmərə ilişir. Sonra da alkoqola. Əmin edirsən ki, alkoqol qəbul etməmisən, sənədlərin də qaydasındadır. Belə olanda da deyirlər ki, sizin bir cəriməniz var, maşınınızı cərimə meydançasına götürməliyik. “Cərimənizi ödəyin” demək əvəzinə, maşını aparmaq, sürücülük vəsiqəsini almaq istəyirlər. Mənim sürücülük vəsiqəm Böyük Britaniyaya aiddir, alsan nə olacaq ki? Sadəcə, 20 dəqiqə yolda vaxt itirirsən.

Səhər yenə saxlayırlar. Düşündük ki, yenə kəmərə ilişəcəklər. Amma bu dəfə qəsdən deyir ki, telefonla danışırdız. Soruşuram ki, siz telefonu harda gördüz? Deyir ki, əlinizdə tutmusuz. Telefonun arxa oturacaqda çantamda olduğunu göstərirəm. Çarəsiz qalanda da deyir ki bəs siz polisin “saxla” əmrinə vaxtında əməl etməmisiz. Kəmər, telefon, indi də sizin “müqəddəs taxta”nız? İzah edirəm ki, yolda maşın onsuz da çoxdu, mən diqqətimi sizin sifətinizə yox, yola yönəltməyə çalışıram. 100 manat cərimə yazmaq istəyəndə də deyirəm ki, bayaqdan sizi kamera çəkirdi. Bunu eşidən kimi dərhal danışıq tonu dəyişdi, üzündə gülüş, zarafat. Məni də xoşluqla buraxdılar”.