“Nigar Camal altı ayadək müddətə azadlıqdan məhrum edilə bilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal Dövlət Yol Polisi əməkdaşlarıyla bağlı qalmaqala səbəb olacaq status yazıb. Statusun ən çox müzakirə olunan cümləsi isə budur: 

“Eurovision 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal Dövlət Yol Polisi əməkdaşlarıyla bağlı qalmaqala səbəb olacaq status yazıb. Statusun ən çox müzakirə olunan cümləsi isə budur:

“DYP – axır zamanlar çox qudurublar”.

Bəs görəsən bu təhqirə görə tanınmış sənətçini hansı cəza gözləyə bilər?

“Ölkə.Az” bununla bağlı hüquqşünasların fikrini öyrənib.

Hüquqşünas Ruslan Əhmədoğlu bildirir ki, qanunvericilikdə edilmiş son dəyişikliklərə əsasən internet üzərindən təhqir və ya şərəf və ləyaqətin alçaldılması cinayət məsuliyyəti yarada bilər:


“Bunu bilərəkdən ümumi polis əməkdaşları haqqında ümumi qaydada yazdığına görə Daxili İşlər Nazirliyinin rəhbərliyi məsələyə qarışa və Nigar Camal məsuliyyətə cəlb edilə bilər. Bununla yanaşı, əgər Nigar Camala qarşı hər hansısa hüquq pozuntusu var idisə, DİN-in qaynat xəttinə müraciət edərək şikayət edə bilərdi. Hər bir halda Nigar Camal yol polisi əməkdaşları barədə ümumi formada o cür təhqiramiz ifadə işlətməməliydi”.

Digər hüquqşünas Vüqar Səfərli isə hesab edir ki, məsələ ilə bağlı zəruri qeyd etməli zəruri məqamlar mövcuddur:


“Belə ki, Polis Haqqında Qanunun 7-ci maddəsinə görə polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir.

II. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər.

III. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Onunla səlahiyyət verilmiş şəxslərdən başqa, hər hansı şəxsin istənilən səbəbdən polisin qanuni fəaliyyətinə məhdudiyyət qoyması, təsir və müdaxilə etməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada məsuliyyətə səbəb olur. Belə ki, Cinayət Məcəlləsinin 148-ci maddəsinə gorə təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma üç yüz manatdan min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.