backend

Niderlandın əsl dərdi məlum oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir sıra nəhəng layihələrə imza atan və atmağa davam edən Türkiyə Avropada qorxu yaradıb.  

Bir sıra nəhəng layihələrə imza atan və atmağa davam edən Türkiyə Avropada qorxu yaradıb.

TİA.AZ xəbər verir ki, Niderland Maliyyə naziri Ceron Diselblom qonaq olduğu bir televiziya verilişində bunu etiraf edib.

“Amsterdam hava limanı ildə 55 milyon sərnişinin istifadə edə bilməsi üçün nəzərdə tutulub. İstanbulda inşası davam etdirilən 3-cü hava limanı açılarsa, biz xeyli ziyan görərik. Bu da Niderland iqtisadiyyatı üçün olduqca riskli haldır. Belə olarsa, milyardlarla avro əlimizdən uçub gedəcək”, – deyə nazir bildirib.

Qeyd edək ki, İstanbulda inşa edilən sözügedən hava limanından ildə 200 milyon insanın istifadə etmək imkanı olacaq. Dünyanın ən böyük 3 hava limanından biri olacaq bu hava limanından dünyanın hər yerinə uçuş həyata keçiriləcək.