Niderland Xarici İşlər naziri Bert Koenders türkiyəli həmkarı Mövlud Çavuşoğluya zəng edərək, onun bu ölkəyə səfərinin arzulanan olmadığını, gələcəyi təqdirdə isə rəsmi qarşılama mərasimi keçirilməyəcəyini bildirib.

TİA.AZ xəbər verir ki, bu barədə Niderland hökuməti məlumat yayıb.
Rəsmi açıqlamada həmçinin Niderland Krallığının Baş naziri Mark Rüttenin “Çavuşoğlunun Niderlanda gəlməsi problem deyil. O, buraya Mauriçxeys Muzeyini və lalələri görməyə gələ bilər. Amma siyasi toplantıların keçirilməsini istəmirik”, – sözləri qeyd edilib.
Xatırladaq ki, Türkiyə hökumət nümayəndələrinin Niderlandda referendumla bağlı keçirmək istədiyi təşviqat kampaniyasına qoyulan qadağa haqda danışan Çavuşoğlu bütün maneələrə rəğmən, Niderlanda gedəcəyini deyib.