Nicat Abasov Karuanaya uduzdubackend

Nicat Abasov Karuanaya uduzdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Toronto şəhərində şahmat üzrə İddiaçılar Turnirinin II turunun görüşləri keçirilib.

Tribunainfo.az xəbər verir ki, yarışda Azərbaycanı təmsil edən Nicat Abasov bu dəfə uğursuz nəticə ilə yadda qalıb.

Qrossmeyster ABŞ təmsilçisi Fabiano Karuanaya məğlub olub. Abasov qara fiqurlarla çıxış edib. Şahmatçımız III turda Hikaru Nakamura (ABŞ) ilə qarşılaşacaq.

Yarış aprelin 22-dək davam edəcək. 8 şahmatçının iki dövrədən ibarət mübarizəsində birinci yeri tutan hazırkı dünya çempionu Dinq Lirenlə (Çin) Şahmat Tacı uğrunda oynamaq hüququ əldə edəcək. Turnirin ümumi mükafat fondu 500 min avro təşkil edir. Qalib 48 min avro qazanacaq.

Qeyd edək ki, Nicat Abasov ilk turda ağ fiqurlarla Yan Nepomnyaşi ilə heç-heçə edib