Nəzakət Məmmədova:”Putin 18 illik siyasətini yeni prezidentlik müddətində də davam etdirəcək”-VİDEO

Nəzakət Məmmədova:”Putin 18 illik siyasətini yeni prezidentlik müddətində də davam etdirəcək”-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki, politoloq Nəzakət Məmmədova Real TV-də yayımlanan “Real Vaxt” verilişinin qonağı olub.
Proqramda əsas müzakirə mövzusu Rusiya-İngiltərə arasındakı gərginlik və onun mümkün nəticələri olub. N.Məmmədova bildirib ki, İngiltərə və Rusiya Böyük Avrasiya inteqrasiyasının aparıcı ölkələridir və onların arasında münasibətlərin gərginləşməsində maraqlı olan dövlətlər var. Moskva və Londondan diplomatların çıxarılması kəşfiyyat tarixində yeni bir hal deyildir. Rusiyanın İngiltərədə məşhur “Kembric Beşliyi” adlanan casus şəbəkəsi olub ki, onlar uzun illər Rusiyanın xeyrinə casusluq ediblər. Rusiya öz yolundan geri çəkilməyəcək. Putin özünün 18 illik siyasətini yeni prezidentlik müddətində də davam etdirəcək. Əks halda, o, özünün indiyə qədərki siyasətini təkzib etmiş olardı. Bu yaxınlarda analoqu olmayan yeni silah növlərinin nümayiş olunması da bundan xəbər verirdi.