Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol klubunun braziliyalı hücumçusu Neymar hansı futbolçu ilə bir komandada oynamaq istəməsindən danışıb.
Bu barədə TİA.AZ xarici mətbuata istinadən xəbər verir.
“Mən Kriştianu Ronaldunu seçərdim. Mən artıq Messi və Mbappe kimi çox yaxşı futbolçularla oynadım. Amma hələ Ronaldu ilə oynamamamışam”, – Neymar deyib.
Xatırladaq ki, Neymar mayın 8-də PSJ ilə müqavilənin müddətini 2025-ci ilə qədər uzadıb. Braziliyalı 2017-ci ildə rekord – 222 milyon avroya “Barselona”dan PSJ-yə keçib. Neymar cari mövsümdə Fransa çempionatının 16 matçında iştirak edərək, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Portuqaliyalı hücumçu Kriştianu Ronaldu isə 2018-ci ildə “Yuventus”un oyunçusu olub. Daha əvvəl “Sportinq”, “Mançester Yunayted” və “Real Madrid” komandalarında çıxış edib.