PSJ-nin braziliyalı hücumçusu Neymar klubu tərk edərək “Barselona”ya qayıtmaq niyyətindədir.
Tribunainfo.az bu barədə “L’Equipe” istinadən xəbər verir.Mənbənin məlumatına görə, Neymar artıq PSJ-nin prezidenti Nassir Əl-Xəlaifiyə yay transfer pəncərəsi bağlanana qədər klubu tərk etmək istədiyini bildirib. Braziliyalı bu qərarı ailəsi və agenti Pini Zahavi ilə birlikdə verib. Hücumçu may ayında evinin yaxınlığında keçirilən “Ultras” azarkeş qrupunun etirazından şoka düşüb. Neymar özünü təhlükəsiz hiss etmir, bu heç vaxt Barselonada olmayıb.
Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib. O, 2017-ci ildə rekord məbləğə – 222 milyon avroya PSJ-yə keçib. Onun parislilərlə müqaviləsi 2025-ci ilin yayında başa çatır.