Neymar ötən gecə zədə səbəbindən iki il ərzində cəmi 7 dəfə forma geyindiyi “Əl Hilal”dan ayrılaraq Braziliyanın “Santos” komandasına keçdikdən sonra daha bir şok yaşayıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Milliyet” məlumat yayıb.
Son illərdə Braziliya futbolundan çıxan ən böyük istedadlardan biri olan Neymar, Paris Saint-Germain-dən ayrıldıqdan sonra karyerasında zəifləməyə başlayıb. 2023-cü ilin avqustunda Səudiyyə Ərəbistanının “Əl Hilal” komandasına 90 milyon avroya transfer olunan ulduz futbolçu 2 ildə cəmi 7 oyun keçirə bilib.
Davamlı zədələrlə üzləşən Neymar Səudiyyə Ərəbistanı komandasına heç bir fayda verə bilməyib və 2025-ci ilin yanvarında pulsuz olaraq ölkəsinin komandalarından olan Santosa transfer olub. Yavaş-yavaş burada özünü tapmağa başlayan və ilk 11-də müntəzəm olaraq meydanda olan 33 yaşlı oyunçu dünən axşam saatlarında daha bir şok yarası alıb.
“Santos” doğma meydanda “Atletiko Mineyro”nu qəbul edib. İlk 27 dəqiqədə Santos 2:0 önə keçsə də, Neymar 34-cü dəqiqədə zədələnib. Həkimlərin ilk müayinəsindən sonra o, meydanı göz yaşları içində tərk edib.
Dəniz Pənahova