Ötən gün TİA.AZ A24.az-a istinadən Bakıda məşhur ticarət mərkəzlərində mağaza şəbəkələri olan “New Yorker”də işçilərin necə istismar olduğu haqda yazı vermişdi.
Ötən gün TİA.AZ A24.az-a istinadən Bakıda məşhur ticarət mərkəzlərində mağaza şəbəkələri olan “New Yorker”də işçilərin necə istismar olduğu haqda yazı vermişdi.
Ötən gün sosial şbəbəkələrdə maraqla oxunan bu yazıdan sonra TİA.AZ-la əlaqə saxlayan Rehim adlı bir oxucumuz bildirdi ki, yazılanlar həqiqətən tam reallığı əks etdirir.. Rəhim adlı şəxs bildirir ki, sözügedən brend mağazada həqiqətən işçilər istismar edilir: “Mən iki il həmin dükanın anbarında işləmişəm. İşçi sayına görə bizim görəcəyimiz iş çox idi. Bayramları da işləyirdik. Əziyyət çəkdiyimiz halda bizim normal işləməyimiz üçün də istənilən şəraiti yaratmırdılar. İşi itirməyin qorxusundan da heç bir işçi etirazını bildirmirdi. Əmək haqqı 300 manat idi. Ancaq iş saatları və gördüyümüz işin müqabilində təbii ki, bu azdır. Plan yerinə yetirildikdə isə 100 AZN mükafat verirdilər. Sonradan onu da 20 AZN azaldaraq, 80 AZN etdilər. Orda çalışan insanların çoxu iş yerini dəyişdi. Çünki həqiqətən insan əməyinin istismarı vardı. Elə məndə bunu gördüyüm üçün işdən çıxdım.” Qeyd edək ki, A24.az-a açıqlama verən Y.S. adlı xanım da “New Yorker” də insan əməyinin istismar olunmasından və işçilərin hüquqlarının pozulmasından danışmışdı
Maraqlıdır ki, bu marka mağazalarına yalnız ali savadlı və xarici dil biliyi olan işçiləri götürür. “New Yorker”in satıcılardan etdiyi tələbləri isə siyahı şəklində sadalasaq daha düzgün olar: 12-13 saatlıq iş rejimində oturmaq olmaz… divara söykənmək olmaz… digər satıcılarla 10 saniyəlik də olsa danışmaq olmaz… tez-tez tualetə getmək olmaz… çay, su içmək xüsusi icazə ilə verilir… telefonlar əldən alınır, danışmaq olmaz…
Şənbə və bazar günləri işləmək mütləqdir (13 saat) Mağazada satıcılar xüsusi nəzarətçi tərəfindən izlənilir və bu sadalananlara əməl etməyənlər isə pulla cərimələnir (maaşlarından çıxılır). Hətta satıcılar ayaq ağrısından o həddə çatırlar ki, bir anlıq dizlərini bükmək üçün paltarları yerə atıb götürürlər. Yəni Bakının böyük ticarət mərkəzlərində məşhur olan xarici markaların açıq şəkildə azərbaycanlı işçiləri istismar etməsi nə dərəcədə düzgündür.
TİA.AZ olaraq qarşı tərəfin də məsələyə münasibətini yayımlamağa hazırıq.