NEW YORK TİMES- PUTİN ATƏŞKƏSƏ RAZILIQ VERDİ

NEW YORK TİMES-PUTİN ATƏŞKƏSƏ RAZILIQ VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da nəşr olunan New York Times qəzeti iddia edib ki, Rusiya prezidenti Vladimir Putin açıq şəkildə Ukraynadakı hədəfləri ilə bağlı qətiyyətli imic nümayiş etdirsə də, arxa planda atəşkəs təklifi edib.

Tribunainfo.az xəbər verir ki, hesabatda Putinin sentyabr ayından bəri vasitəçilər vasitəsilə cəbhə xəttində döyüşləri dayandıracaq atəşkəsə açıq olduğunu bildirən mesajlar göndərdiyi iddia edilib.

“The New York Times” Putinin atəşkəs mesajını Kremlə yaxın iki keçmiş Rusiya rəsmisinə və Rusiya liderinin elçilərindən mesaj alan Amerika və beynəlxalq rəsmilərə göndərdiyi iddiasını əsaslandırıb.

Qəzetə danışan Amerika rəsmiləri iddia ediblər ki, Rusiya ilk dəfə 2022-ci ilin payızında atəşkəs razılaşmasını nəzərdən keçirir. Mənbələr Putinin o dövrdə Rusiyanın zəbt etdiyi torpaqlardan razı qaldığını və bu mesajın Vaşinqtona çatdırıldığını bildirib.