Onların arasında yunan qozu da var…
Ekspertlər hesab edir ki, pəhriz beynin qocalmasının ləngiməsində böyük rol oynaya bilər.
ABŞ-ın Ohayo ştatından olan nevroloq bu mənada hansı məhsulların xüsusilə faydalı olduğu barədə danışıb.
TİA.AZ xəbər verir ki, bu barədə “ferra.ru” saytı yazıb.
Balıq
Əgər siz dəniz məhsullarının həvəskarısınızsa, öz qida rasionunuza daha çox yağlı balıq əlavə edin.
Onun tərkibində beyin üçün fayalı turşular var.
2020-ci ildə aparılan bir təqiqat göstərib ki, balıqdan istifadə edilməsi sağlam adamların hafizəsini yaxşılaşdırır.
Qozlar
Digər tədqiqat göstərib ki , gündə 60 qram yunan qozu istifadə edən 18-25 yaşlı kollec tələbələrinin koqnitiv qabiliyyəti daha yaxşı olub.
Giləmeyvələr
Giləmeyvələri tərkibində mikroelementlər var ki, onlar beyinin işini bərpa etməyə kömək edir.
Sarıkök
Ekspertlər deyir ki, sarıkökün aktiv tərkib hissəsi olan kurkumin cavanlaşdırıcı, xərşəngəleyhinə təsirə malikdir və hafizəni möhkəmləndirir.