“2024-cü il Olimpiya Oyunlarının açılışında göstərilən əxlaqsızlıq, qarşı-qarşıya olduğumuz təhdidin miqyasını bir daha göz önünə gətirdi”.
Tribunainfo.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının Konfrans Salonunda təşkil olunmuş tədbirdə bir sıra məsələlərə münasibət bildirərkən deyib.
O bildirib ki, açılış mərasiminə Fransa Prezidenti Emmanuel Makron tərəfindən dəvət almışdı: “13 yaşlı nəvəm dedi ki, orada LGBT nümayiş olunacaq, Parisə getmə”.
“İlk fürsətdə bu barədə cənab Papaya zəng edəcəyəm. Xristian dünyasına və bütün xristianlara qarşı edilən əxlaqsızlığı onunla bölüşəcəyəm”, – deyə Ərdoğan əlavə edib.