Neuralink neyroçipi ilk insan beyninə uğurla implantasiya edilib

Neuralink neyroçipi ilk insan beyninə uğurla implantasiya edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Neuralink şirkəti artıq ilk xəstəsinin beyninə öz neyroçipini quraşdırıb ki, bu da insana ağılın köməyi ilə kompüter cihazlarından istifadə etməyə imkan verəcək. Tribunainfo.az xəbər verir ki, Neuralink-in yaradıcısı İlon Mask X sosial şəbəkəsində yazıb.

Mask yazıb ki, ilkin məlumatlar ümidverici nəticələr göstərir.

Mask başqa bir yazısında qeyd edib ki, yeni məhsul “Telepatiya” adlanır və bunun sayəsində insan öz telefonunu, kompüterini və ya digər cihazlarını düşüncə gücü ilə idarə edə bilir.

Xatırladaq ki, Neuralink layihəsi 2016-cı ildə istifadəyə verilib. Beyin siqnallarını Bluetooth vasitəsilə ötürə bilən qurğu şirkət tərəfindən ilk dəfə 2019-cu ilin iyulunda nümayiş etdirilib.