Uruqvay millisinin hücumçusu Luis Suares Səudiyyə Ərəbistanı üzərində qazanılan qələbədən danışıb.
TİA.AZ qol.az-a istinadən xəbər verir ki, vurduğu yeganə qolla komandasına 1:0 hesablı qələbə qazandıran təcrübəli forvard nəticənin gözlənilməz olduğunu bildirib:
“Oyun çox çətin keçdi. Nəticə məni müəyyən qədər təəccübləndirdi. Amma bu, dünya çempionatıdır. Biz meydana qol vurmaq, qələbə qazanmaq üçün çıxırıq.
Sözün açığı, istədiyimiz kimi oynaya bilmədik. Amma əsas odur ki, lazımi nəticəni qazandıq. Ardıcıl üçüncü dəfə dünya çempionatında pley-offa adladığımız üçün fəxr edə bilərik”.
Qeyd edək ki, Uruqvay millisi 2 turdan sonra 6 xalla Rusiya ilə birgə 1/8 finala vəsiqəni təmin edib.