Britaniyanın “The Guardian” qəzetində 40 ildən çox çalışan karikaturaçı Stiv Bell İsrailin baş naziri Binyamin Netanyahunun çəkdiyi rəsmə görə işdən çıxarılıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, karikaturaçı rəssam Bell Netanyahunun çəkildiyi son rəsminin “antisemitizm” olması ittihamı ilə uzun illər çalışdığı qəzetdən qovulub.
Karikatura nəşrdən çıxarıldıqdan sonra açıqlama verən Bell, vizualı qəzetə göndərdikdən sonra The Guardian işçilərindən Şekspirin “Venesiya taciri” tamaşasındakı yəhudi obrazı Şilokdan bəhs edərək “şifrəli mesaj” aldığını bildirib.
Qeyd edək ki, The Guardian News and Media-nın sözçüsü mövzu ilə bağlı verdiyi açıqlamada Bell ilə işləməyə davam etmək planlarının olmadığını təsdiqləyib.