İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu HƏMAS-ın hücumlarında ölkənin silahlı qüvvələri və məhkəmələri günahlandırıb.
Tribunainfo.az xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun oğlunun ittihamı İsraildə reaksiyalara səbəb olub.
7 oktyabr hücumlarından sonra İsrail ictimaiyyətində başlayan müzakirələr davam edir.
HƏMAS üzvlərinin içəri sızmasından sonra bütün gözlər təhlükəsizlik qüvvələrinin qeyri-kafi olduğu iddialarına çevrilib. Təhlükəsizlik qüvvələri hücumdan əvvəl sərhəd xəttində lazımi tədbir görməməkdə günahlandırılır.
İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu İsrail Müdafiə Qüvvələrini, məhkəmələri və medianı tənqid edib.
Bu ittihamlar baş nazir Netanyahunun istefaya göndərilməsini tələb edən İsrail ictimaiyyətinin reaksiyasına səbəb olub.