backend

Netanyahunun 20 ildən sonra Bakı səfəri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsraillə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq Ermənistanı ciddi surətdə narahat edir. 

İsraillə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq Ermənistanı ciddi surətdə narahat edir.

TİA.AZ xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında İsrailin Baş naziri Benyamin Netanyahunun Bakıya səfərini şərh edən politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, sözügedən səfər hərbi, iqtisadi və siyasi xarakter daşımaqla, ümumilikdə böyük əhəmiyyətə malik oldu:

“Ümumiyyətlə, İsrail baş nazirinin Azərbaycan Prezidenti ilə təkbətək görüşü və imzalanan müqavilələr, həmçinin müzakirə olunan məsələlərin çoxşaxəliliyi baxımından dünyada da çox mühüm səfər kimi qiymətləndirilir. İsarillə Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq İrəvanı o qədər narahat edir ki, hətta yəhudilərə dünyadakı erməni lobbisi vasitəsilə təsir etməyin zəruriliyini irəli sürürlər. Dağlıq Qarabağ münaqişəsinin həllində İsrailin tutduğu ədalətli mövqe və Bakı-Tel-Əviv əlaqələri Ermənistanı çox ciddi narahat edir. Bir-iki qonşu dövlət, əlbəttə, Azərbaycan-İsrail münasibətlərinin inkişafının əleyhinədir, ancaq Bakı İsraillə münasibətlərini yüksək səviyyədə qurmaqla bərabər, Fələstin məsələsində də mövqeyini qoruyur. Diqqət etdinizsə, Bakıda müzakirə olunan məsələlərdən biri də Fələstin məsələsi idi. Yəni Bakı ədalətli və balanslı siyasət yürüdür. Həmçinin, bəzi müsəlman ölkələrindən fərqli olaraq, haqlı davamızda bizi dəstəkləyən İsraillə münasibətlərini daha da inkişaf etdirir”.

Politoloq onu da bildirib ki, Fələstin-İsrail münasibətlərinin tənzimlənməsində Azərbaycanın barışdırıcı rol oynaması da səfərin əsas və dünyanın diqqət etdiyi məqsədlərindən biridir.

Qeyd edək ki, İsrailin Baş naziri Benyamin Netanyahu dekabrın 13-də Azərbaycanda səfərdə olub. Bu, İsrail baş nazirinin 1997-ci ildən bu yana ilk səfəridir.