İsrailin baş naziri Benyamin Netanyahu nazirlərdən “təhlükəsizlik riski” hesab edilən xarici xəbər şəbəkələrinin bağlanmasına icazə verən qanunun qəbulunu tələb edib. Netanyahu Qətərdə yerləşən Əl-Cəzirə televiziyasının İsrail bürosunu bağlamaq üçün yenidən hərəkətə keçdi.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki,İsrailin baş naziri Benyamin Netanyahu parlamentə müraciət edərək mətbuata təzyiqləri artırmağa çağırıb.
Netanyahu koalisiya hökumətindən yüksək səviyyəli nazirlərə təhlükəsizlik riski hesab edilən xarici xəbər şəbəkələrini bağlamaq səlahiyyəti verən qanunun qəbulunu tələb edib.
Likud partiyasından verilən açıqlamaya görə, uzun müddətdir Qətər mərkəzli media
qurumunun yayımlarını dayandırmağa çalışan Netanyahu, qanunun qəbulundan sonra “Əl-Cəzirəni bağlamaq üçün dərhal hərəkətə keçəcəyini” vəd edib. Fevral ayında ilk oxunuşda qəbul edilən qanun layihəsi baş nazirə və rabitə nazirinə İsraildə fəaliyyət göstərən xarici kanalların “dövlətin təhlükəsizliyinə zərər vurduğu” güman edildiyi təqdirdə onların bağlanması və onların avadanlıqlarına həbs qoyulması barədə göstəriş vermək səlahiyyəti verir.
Likud rəsmilərinə bu gün tapşırılıb ki, parlament, Knesset qanunun ikinci və üçüncü oxunuşunu qəbul etsin.
Dəniz Pənahova