Norveç, İrlandiya və İspaniyanın Fələstin dövlətini rəsmən tanımaq qərarı İsrailin baş naziri Benyamin Netanyahunu qəzəbləndirib.
Tribunainfo.az Haberler-ə istinadən xəbər verir ki, “Bir neçə Avropa dövlətinin Fələstin dövlətini tanımaqda qərarlı olması terroru mükafatlandırır”, – Netanyahu sosial media hesabında yazıb.
Fələstin dövlətinin “terrorçu dövlət” olduğunu müdafiə edən Netanyahu İsraili Qəzzada müharibəni davam etdirməyə çağırıb.
Bu addımın “sülh gətirməyəcəyini və ölkəsinin bunu qətiliklə bəyənməyəcəyini” ifadə edən Netanyahu Fələstin dövlətinin “terror dövləti” olacağını müdafiə edərək, İsrailə Qəzzada müharibəni davam etdirməyə çağırıb.