İsrailin baş naziri Benyamin Netanyahu İsrailin şimalında əsgərləri ziyarət edərkən verdiyi açıqlamada Livanı təhdid edib.
Tribunainfo.az xəbər verir ki, “Əgər Hizbullah hərtərəfli müharibəyə başlamaq qərarına gəlsə, o zaman Beyrutu və Cənubi Livanı öz əlləri ilə Qəzzaya və Xan Yunisə çevirəcək”, – deyə Netanyahu bildirib.
İsrailin baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Gallantla birlikdə İsrailin şimalındakı əsgərləri ziyarət edib. Səfər zamanı verdiyi açıqlamada Netanyahu Livanı hədələyib. “Əgər Hizbullah hərtərəfli müharibəyə başlamaq qərarına gəlsə, o zaman öz əlləri ilə Beyrutu və buradan çox da uzaq olmayan Cənubi Livanı Qəzzaya və Xan Yunisə çevirəcək”, – Netanyahu bildirib.
Qeyd edək ki, Netanyahu bu açıqlamanı İsrailin Livanla sərhədində yerləşən Mattatda bir mülki israillinin Livandan atılan tank əleyhinə raket nəticəsində həlak olmasından sonra verib.