“İsrail Fələstin konfliktinin istənilən həll variantında İordan çayının qərb sahilindəki əraziləri öz nəzarəti altında saxlayacaq.”
“İsrail Fələstin konfliktinin istənilən həll variantında İordan çayının qərb sahilindəki əraziləri öz nəzarəti altında saxlayacaq.”
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu söyləyib.
“Biz öz qonşularımızla sülhə çalışırıq. Bu elə bir sülhdür ki, o, uzun illər boyunca davam edəcək. İstənilən həll variantı zamanı biz İordan çayının qərb sahilini öz əlimizdə saxlayacağıq”, – deyə o bildirib.
Qeyd edək ki, İsrail İordan çayının qərb sahili və Şərq Qüdsü İordaniyadan 1967-ci ildə baş tutan altıgünlük müharibə zamanı alıb.