İsrail Baş naziri Benyamin Netanyahu bu gün Moskvaya səfər edəcək.
İsrail Baş naziri Benyamin Netanyahu bu gün Moskvaya səfər edəcək.
TİA.AZ xəbər verir ki, bu barədə informasiyanı Rusiya prezidentinin mətbuat xidməti yayıb.
Netanyahu Moskvada Putinlə görüşəcək. Görüşdə əsas müzakirə mövzusu Yaxın Şərqdəki terrora qarşı birgə mübarizə, Fələstin-İsrail konfliktinin əsas aspektləri olacaq.
Qeyd edək ki, Netanyahu bundan öncə Moskvadakı görüşdə İran məsələsini müzakirə edəcəyini açıqlayıb. O, Tel-Əvivin Suriyada İran qoşunlarının qalmasına izn verməyəcəyini bildirib.