İsrailin baş naziri Benyamin Netanyahu, ölkənin müdafiə naziri Yoav Qalant və digər nazirlər İrana qarşı hərəkətlərlə bağlı razılıq əldə ediblər. Tribunainfo.az bildirir ki, bu barədə Təl Əvivdə yayınlanan “Kaan News” TV xəbər yayıb.
TV xəbərində qeyd edib ki, İsrail İranda vuracağı hədəfləri də dəqiqləşdirib. “Netanyahu ABŞ prezidenti Co Baydenin administrasiyasına neft və ya nüvə obyektlərinə deyil, İranın hərbi obyektlərinə zərbələr endirməyə hazır olduğunu deyib”.