Netanyahu İrana üçüncü hücum ehtimalını müzakirə etmək üçün görüş keçirib.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Kanal 12” telekanalı məlumat yayıb.
Məlumata görə, dünən İsrailin Baş naziri Benyamin Netanyahu təhlükəsizlik kabinetinin müşavirləri və nazirlərlə görüş keçirərək, ölkə ordusunun İrana üçüncü hücum ehtimalı ilə bağlı hazırlıq səviyyəsini müzakirə edib.
Görüş İran hökumətinin yaxın gələcəkdə İsrailin onun strateji obyektlərinə birbaşa hücumundan narahat olduğu bir şəraitdə keçirilib. Qeyd olunub ki, Tramp administrasiyasının fəaliyyətə başlamasından sonra İrana qarşı sərt siyasəti barədə də danışıqlar aparılıb.