backend

Netanyahu hökumətin iclasında Bakı səfərindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə hökumətin iclasını çağıraraq ötən həftə Bakıya və Astanaya etdiyi tarixi səfərlə bağlı məlumat verib. İsrailin baş naziri Benyamin Netanyahu Təl-Əvivdə hökumətin iclasını çağıraraq ötən həftə Bakıya və Astanaya etdiyi tarixi səfərlə bağlı məlumat verib.

Baş nazir hökumət üzvləri qarşısındakı çıxışında deyib: “Qeyd etmək istərdim ki, ötən həftə mən iki müsəlman ölkəsinə səfər etdim. Mən bu haqda danışıram, bilərək ki, burada danışdıqlarım mətbuatda dərc olunmayacaq, çünki bu tarixi səfəri İsrail mətbuatında güclə yada salıblar. Lakin səfər bütün mənalarda tarixi əhəmiyyət kəsb edirdi. İsrailə heyran olan iki mühüm müsəlman ölkəsi, məhz heyran olan, bizimlə əlaqələri möhkəmləndirmək istəyir.

Bu ölkələrdən biri Azərbaycandır. Biz oradan az qala lazım olan neftin yarısını idxal edirik, onların Avropaya uzanan qaz kəmərinə qoşulmaq üçün danışıqlar aparırıq, bir sıra sahələrdə qarşılıqlı münasibətlərə malikik. Məsələn, təhlükəsizlik sahəsində. Bizə müstəsna olaraq mehriban, isti qəbul təşkil etdilər. İlk dəfə baş nazir qismində mən bu ölkəyə 19 il əvvəl getmişdim. Bu, İsrail baş nazirinin Azərbaycana ikinci səfəri idi, Mərkəzi Asiyanın nəhəng ölkəsi olan Qazaxıstana ilk səfəri idi.

Mühüm olanı odur ki, bu dövlətlərin hər ikisi müsəlman əhaliyə malikdir və orada müxtəlif dinlərin nümayəndələri, ilk növbədə müsəlmanlar və yəhudilər dinc yaşayır. Bu dövlətlər İsraillə münasibətlərin inkişafında maraqlıdır. Bu, bizim dünyamızda baş verən indiki hadisələr fonunda çox mühümdür. Dəqiq bilərək ki, bu haqda dediklərim mətbuatda işıqlandırılmayacaq, mən burada bunları deyirəm ki, haqlı olduğumu sübut edim”. (Virtualaz.org)