Netanyahu həbs yox, edam edilməlidir – Xamenei

Netanyahu həbs yox, edam edilməlidir – Xamenei

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Düşmən Qəzzada və Livanda qalib gəlməyib və gələ bilməyəcək, İsrailin Qəzza və Livanda etdikləri qələbə deyil, müharibə cinayətidir.

Axar.az xəbər verir ki, bu sözləri İranın dini rəhbəri Əli Xamenei “Bəsic” (Konüllülər ordusu) gəncləri ilə görüşündə deyib.

“İndi Netanyahu üçün həbs orderi veriblər, amma bu kifayət deyil, onun ölüm hökmü verilməlidir”, – o əlavə edib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qallantın “insanlığa qarşı cinayətlər və müharibə cinayətləri” ilə bağlı həbsinə order verib.