İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın İranla nüvə razılaşmasından çıxması üçün bir neçə üsul hazırlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-ın İranla nüvə razılaşmasından çıxması üçün bir neçə üsul hazırlayıb.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, baş nazir bu haqda CBS kanalına müsahibəsində bildirib.
İsrailin baş naziri ABŞ-ın nüvə razılaşmasından çıxması üçün bir neçə üsulun mövcud olduğunu düşünür və onları ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla müzakirə etməyi planlaşdırır. “Bunu etmək üçün yollar çoxdur. Məndə onlardan yalnız beşi var”, – deyə Netanyahu bildirib.
İsrail İranla “altılıq” arasında imzalanan nüvə razılaşmasına qarşı çıxır və hesab edir ki, razılaşma Tehranın nüvə silahı əldə etməsini asanlaşdırır. Tramp da seçkiqabağı kampaniyada nüvə razılaşmasını dəfələrlə kəskin tənqid edib.