Hindistanın BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması qətnaməsinin lehinə səs verməsindən təəssüflənirik.
Axar.az xəbər verir ki, bunu “İndia Tudey” qəzetinə müsahibəsində İsrail Baş naziri Benyamin Netanyahu söyləyib.
“Düşünmürəm ki, bir səs ümumi tendensiyaya təsir etmir. Bəli, biz Hindistanın Qüds məsələsindəki mövqeyindən narahatıq. Məncə, indiki səfərim aramızdakı münasibətlərin inkişafına təsir göstərəcək”, – deyə o bildirib.
Qeyd edək ki, dünən Netanyahu Hindistana səfər edib. Onun səfərinin 6 gün davam edəcəyi bildirilib. Netanyahunu bu səfər rekord sayda biznesmen müşayiət edir.