Britaniya Baş naziri Tereza Mey və ABŞ Prezidenti Donald Trampla İrandan gələn təhdidi müzakirə edəcəyəm.
Britaniya Baş naziri Tereza Mey və ABŞ Prezidenti Donald Trampla İrandan gələn təhdidi müzakirə edəcəyəm.
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İsrail Baş naziri Benyamin Netanyahu söyləyib.
“Gələn həftə mən Britaniya Baş naziri Tereza Meylə görüşəcəm. Onunla bölgədəki prosesləri, xüsusilə, İrandan gələn təhdidi müzakirə edəcəyik. Fevralın 15-də isə ABŞ-da Prezident Donald Trampla bir araya gələcəyik. Bu görüş İsrail dövləti üçün böyük əhəmiyyət daşıyacaq”, – baş nazir bildirib.