İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin lideri Mahmud Abbasla görüşdən imtina edib.
İsrailin Baş naziri Benyamin Netanyahu Fələstin lideri Mahmud Abbasla görüşdən imtina edib.
TİA.AZ xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabineti məlumat yayıb.
Açıqlamada 21-22 dekabrda Parisdə İsrail-Fələstin münaqişəsinin nizamlanmasına dair keçiriləcək beynəlxalq konfransda Netanyahunun Abbasla görüşməyəcəyi bildirilib. Ayrıca, Netanyahunun Abbasla yalnız birbaşa danışıqlara getməyə razı olduğu qeyd edilib.
Baş nazir Parisdə münaqişənin nizamlanmasında irəliləyişə ümid etmədiyi üçün görüşdən imtina edib.
İki gün davam edəcək konfransa 50-dən çox ölkənin rəsmisi dəvət edilib.