İsrailin baş naziri Benyamin Netanyahu növbəti dəfə polis tərəfindən dindiriləcək.
İsrailin baş naziri Benyamin Netanyahu növbəti dəfə polis tərəfindən dindiriləcək.
TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, dördüncü dəfə dindirilmə Netanyahunun Qüdsdəki rəsmi iqamətgahında baş tutacaq.
Qeyd edək ki, B.Netanyahu və ailə üzvləri iki iş adamından qanunsuz hədiyyələr almaqda şübhəli bilinirlər. İsrailin baş naziri 300 min dollar məbləğində rüşvət almaqda ittiham edilir. ABŞ-dan olan iş adamı Netanyahuya 80 min dollarlıq kostyum aldığını etiraf etdikdən sonra polis baş nazirlə bağlı araşdırmalara başlayıb.