İsrailin Baş naziri Binyamin Netanyahu bildirib ki, HƏMAS razılaşmaya uyğun olaraq bu gün bütün qadın əsirləri azad etməli idi ancaq etmədi və İsrailə doğru raketlər atıldı. Blokadada olan Qəzza zolağına yenidən hücuma başladıqlarını açıqladılar.
Tribunainfo.az “SABAH” xəbər agentliyinə istinadən bildirir ki, Netanyahunun ofisindən verilən açıqlamada Qəzzaya yeni hücumlarda Həmas günahlandırılıb.
“Biz müharibəyə qayıdacaq və İsrail hökumətinin müharibənin məqsədlərinə sadiq qaldığını vurğulayacağıq. Məqsədlər israilli məhbusları azad etmək, HƏMAS-ı aradan qaldırmaq və Qəzzanın yenidən İsrail üçün təhlükə yaratmamasını təmin etməkdir”, – Netanyahu vurğulayıb.