“Nestle Azərbaycan” cərimələndi

“Nestle Azərbaycan” cərimələndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Nestle Azərbaycan” MMC ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, MMC İnzibati Xətalar Məcəlləsinin sığorta qaydaları əleyhinə olan 464-cü maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

Nəsimi Rayon Məhkəməsində baxılan işə hakim Anar İbadzadə sədrlik edir. Növbəti proses 2 iyul tarixində baş tutacaq.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Roman