Nəsimidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Nəsimidə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar, “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirilib

Nəsimi rayonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə və “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində ağacəkmə aksiyası keçirilib.

Aksiyada Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri, rayon qurumlarının rəhbərləri,  rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdirlər.

Aksiya çərçivəsində Nəsimi  rayonunda yerləşən Vaqif prospekti boyu parkın ərazisində və yaşıllıq zolaqlarında 200-ə qədər şam ağacı əkilmiş, rayonun Mir Cələl küçəsi boyu parkda isə 500-ə qədər mövsümi gül-çiçəklər əkilmişdir.  Eyni zamanda həyata keçirilən aksiya zamanı rayon ərazisində abadlıq işləri aparılaraq, 5000-ə yaxın ağaclara da aqrotexniki qulluq göstərilmişdir.

Qeyd edək ki, Prezident İlham Əliyevin Sərəncamı ilə iqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycanda 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu çərçivədə bütün ölkə ərazisində olduğu kimi Nəsimi rayonunda da il ərzində yaşıllıq sahələrinin genişləndirilməsi məqsədilə işlər davam etdirilir.