Nəsimidə  “Tullantıdan həyata” adlı tədbir keçirilib-FOTObackend

Nəsimidə “Tullantıdan həyata” adlı tədbir keçirilib-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Nəsimi rayonu A.Rəhimov adına 247 nömrəli tam orta məktəbdə “Tullantıdan həyata” adlı tədbir
keçirilib. Tədbirdə Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, məktəbin pedaqoji kollektivi, valideynlər və şagirdlər iştirak edib.
Əvvəlcə “Təbiət onu sevənlərindir” adlı əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Tədbirdə şagirdlərin hazırladıqları kompazisiyalar və rəqslər tədbir
iştirakçılarında xoş ovqat bağışladı. Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva istedadlı şagirdlərə vətənimizin işıqlı sabahında xoşbəxt gələcək arzu etdi.
Tədbirin sonunda xatirə şəkili çəkilib.