Nəsimidə səyyar qəbullar keçirilib – Fotolarbackend

Nəsimidə səyyar qəbullar keçirilib – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda 1, 2, 3 nömrəli Sahə inzibati ərazi dairələri üzrə ünvanlarda, o cümlədən mikrorayonlarda təsdiq olunmuş qrafik üzrə RİH başçısı Asif Əsgərov tərəfindən səyyar qəbullar və yerlərdə çoxsaylı görüşlər keçirilib. 

Tribunainfo.az xəbər verir ki, keçirilən səyyar qəbul və görüşlərdə 650-dən çox sakinin iştirakı ilə 50-dən artıq müraciət dinlənilib.

Vətəndaşların müraciətləri əsasən, qəzalı və istismar müddəti bitmiş yaşayış evlərinin, köhnə məhəllələrin sökülərək yenilərinin tikilməsi, həyətlərin abadlaşdırılması, dam örtüklərinin, zirzəmilərin, kanalizasiya xətlərinin təmiri, küçə və həyətlərin işıqlandırılması, mənzil şəraitinin yaxşılaşdırılması, iş ilə təmin, ağacların budanması və ya götürülməsi, aztəminatlı ailələrə yardımların göstərilməsi və s. məsələlərlə bağlı olub. Qəbullar və görüşlərdə sakinlərin müraciətləri ilə bağlı aidiyyəti məsul şəxslərə müvafiq tapşırıqlar verilmiş, müraciətlərin müsbət həlli istiqamətində operativ tədbirlər görülüb.

Qəbullar və görüşlər zamanı 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması ilə əlaqədar çoxçaxəli tədbirlər planının həyata keçirilməsi barədə məlumatlar verilib.
Qəbul və görüşlərdə qardaş Türkiyə xalqının fevral ayının 6-da baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan itkisi ilə üzləşdiyi kədər hissləri ilə qeyd edilib, həlak olanların, şəhidlərimizin xatirəsi sükutla yad edilib.

Vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasının təmin olunması məqsədilə rayon icra hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün “Rəqəmsal İcra Hakimiyyəti” https://rih.gov.az portalına daxil olmaqla müraciət etmək, həmçinin abadlıq quruculuq sahəsində təqdim olunan layihələrə təklif və rəylərin verilməsi imkanının olduğu, bu sahədə fəallıq göstərilməsi sakinlərin diqqətinə çatdırılıb.